Tunellər və HƏMAS-ın “beyin mərkəzi” İsrai ordusunu qorxudur
HƏMAS-ın hücumuna cavab olaraq Qəzza zolağını bombardıman edən İsrail Müdafiə Qüvvələri digər tərəfdən Qəzzaya quru əməliyatı ilə bağlı hazırılıqlarını davam etdirir.
“AzPolitika.info” xəbər verir ki, ABŞ-dan güclü dəstək almasına baxmayaraq, İsrail rəsmilərinin ağlında bu quru əməliyyatı ilə bağlı hələ də müəyyən şübhələr qalmaqdadır.
Qeyri-adi döyüş taktikası ilə genişmiqyaslı hücum həyata keçirən və qısa zaman ərzində nəticə əldə edən HƏMAS yəqin ki, İsrailin Qəzzaya qoşun yeridəcəyi ilə bağlı ehtimalı da nəzərə alıb və əvvəlcədən buna uyğun tədbirlər görüb.İsraili narahat edən birinci məqam məhz budur. İsrail qüvvələri Qəzzada nə ilə qarşılaşacaqlarını HƏMAS-ın onlara hansı “sürpriz”lər hazırladığını, bu əməliyyatın nə qədər davam edəcəyini bilmirlər.
Digər tərəfdən, Qəzzada tankların hərəkət edə bilmədiyi dar küçələr var ki, burada hərbçilərə ehtiyac yaranacaq. Belə olan halda bu küçələri tanımayan İsrail əsgərləri burada böyük itkilər verə bilərlər.

İkinci şübhəli məqam odur ki, İsrail kəşfiyyatı hələ də Qəzzanın altında yerləşən üç qatlı tunellərin sirrini aça bilməyib. Tunellər uzaqdan idarəetmə vasitəsi ilə partladıla bilən minalarla tam təchiz olunub ki, bu da tunelin üzərindəki İsrail tanklarını və hərbi maşınlarını asanlıqla partlatmağa imkan verir. Ona görə də Qəzzada hər addım İsrail əsgərləri üçün naməlumdur.
Digər bir təhlükə ondan ibarətdir ki, HƏMAS-ın kimya və inşaat mühəndislərindən ibarət komandası var. HƏMAS-ın bu “beyin mərkəzi” çox yaxşı hazırlığa malikdir. Onlar Almaniya, İngiltərə və digər Avropa ölkələrində təhsil almış fələstinlilərdir.

Qeyd olunanlardan daha böyük bir problem isə odur ki, İsrail bu bölgəni ilhaq etsə, oradakı Fələstin əhalisi İsrail administrasiyasını qəbul etməyəcək və bölgəyə nəzarət etmək çətinləşəcək. Nəticədə də etirazlar və hərbçilərə hücumlar baş verəcək ki, bu da İsrailin özünün təhlükəsizlik məsələsini şübhə altına atmş olacaq.“AzPolitika.info”


























