image-1backend

İsrail növbəti dəfə Qəzzaya ağır zərbələr endirdi

image-reklam_sirab_01

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində ölənlərin sayı 35 647 nəfərə yüksəlib.

Vətəninfo.az xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 228 gündür təşkil etdiyi hücumlarla bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun Qəzza zolağında sutka ərzində törətdiyi hücumlarda daha 85 fələstinlinin həyatını itirdiyi, 200 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 35 647-yə, yaralıların sayının isə 79 852-yə yüksəldiyi qeyd edilib.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölülərin olduğu, lakin İsrail əsgərlərinin maneəsi səbəbindən tibbi qrupların və mülki müdafiə işçilərinin cəsədlərin olduğu bölgəyə daxil ola bilmədiyi vurğulanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki