image-1backend

İsrail ordusu çadır şəhərciyinə hücum etdi

image-reklam_sirab_01

İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki çadır şəhərciyinə hücumu nəticəsində azı 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Vətəninfo.az xəbər verir ki,İsrail ordusu Rəfah şəhərinin əl-Mavasi bölgəsində qismən irəliləyib və yurd-yuvalarından düdərgin düşmüş fələstinlilərin yaşadığı çadırlara raket zərbələri endirib.
İsrailin hücumu nəticəsində yaralananlar Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərindəki xəstəxanaya aparılıb.
İsrailin hücumları səbəbindən yüzlərlə insanın bölgəni tərk etmək məcburiyyətində qaldığı bildirilib.
İsrail ordusu Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərinin Şucaiyyə və Tuffah məhəllələrində mülki əhalinin evlərini hədəf alıb.
Mülki müdafiə dəstələri indiyədək evlərin dağıntıları altından qadın və uşaqlar da daxil olmaqla çox sayda ölü və yaralını çıxarıb. Yaralılar Qəzzadakı Əl-Ehli Baptist Xəstəxanasına aparılıb.
Şahidlər həmçinin İsrailə məxsus pilotsuz uçuş aparatlarının Şucaiyyə rayonunda hərəkət edən hər şeyə atəş açdığını bildiriblər.
İsrailin KAN telekanalı ordunun intensiv hava hücumları həyata keçirərək Şucaiyyə bölgəsinə daxil olmağa başladığını açıqlamışdı.
İsrail ordusu Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərinin şərq rayonlarının boşaldılması ilə əlaqədar çağırış etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki