image-55555backend

İsrail ordusu  Fələstində əməliyyat keçirdi: 3 nəfər həlak oldu

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumatü yayıb. “İsrail əsgərlərinin Nablusun Köhnə Şəhər ərazisində yerləşən bir evə hücumu nəticəsində 3 nəfər həyatını itirib. Onlardan ikisinin üzü parçalandığı üçün hələlik kimlikləri müəyyənləşdirilməyib”.

Fələstin Qızıl Aypara Cəmiyyətindən yayılan yazılı açıqlamada isə sözügedən basqın zamanı 4 fələstinlinin də yaralandığı və aralarında ibtidai sinif şagirdlərinin də olduğu 152 nəfərin isə gözyaşardıcı qazdan təsirləndiyi bildirilib.

İsrail ordusu, Nablus basqında həyatını itirən 2 nəfəri 7 apreldə işğal altındakı İordan çayının qərb sahilində 3 israillinin ölümü ilə nəticələnən silahlı hücumu törətməkdə ittiham edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki