image-1backend

İsrail ordusu HƏMAS liderinin öldürüldüyünü rəsmən təsdiqləyib

image-reklam_sirab_01

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Həmas lideri Yəhya Sinvarın öldürüldüyünü rəsmən təsdiqləyib. Vətəninfo.az-ın  məlumatına görə , ölkənin müdafiə idarəsi təsdiq edir ki, 2024-cü il oktyabrın 16-da Cənub Hərbi Dairəsinin əsgərləri bir il davam edən təqibdən sonra Qəzza zolağının cənubunda keçirilən əməliyyat zamanı Yəhya Sinvarı öldürüblər.

Sosial şəbəkələrdə HƏMAS-ın 61 yaşlı lideri Yəhya Sinvara bənzəyən eybəcər bədəni əks etdirən görüntülər yayılır. 

İsrail KİV-i öz mənbələrinə istinadən xəbər verir ki, o, bu gün Qəzza zolağında bir evdə İDF patrulu tərəfindən öldürülüb. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki