İsrail ordusu Livanın bu ərazisində avtomobillərin hərəkətini qadağan etdi
İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Avichai Edri livanlılara Litani çayından cənuba hərəkətə qadağa qoyulması barədə xəbərdarlıq edib.
Vətəninfo.az xəbər verir ki , bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi X səhifəsində bildirib.
“Sizin və yaxınlarınızın təhlükəsizliyi üçün sizə İDF-nin boşaldılmasını tələb etdiyi kəndlərə cənuba doğru hərəkət etməyiniz qadağandır. Bu yerlərə hər hansı bir hərəkət sizi riskə atır, bildiririk ki, bu gecə saat 17:00-dan sabah səhər saat 07:00-a qədər Litani çayından nəqliyyatın hərəkəti bağlanacaq”, – Aviçai Edri yazıb.