image-reklam-veteninfo
image-669bc17733c3abackend

İsrail ordusu Rəfah şəhərinə hücum etdi

image-reklam-veteninfo

İsrail ordusu Rəfah şəhərinə hücum etdi
İsrail ordusuna məxsus pilotsuz uçuş aparatın (PUA) Qəzza zolağının Rəfah şəhərində fələstinlilərin yerləşdiyi nöqtəni hədəf alması nəticəsində 3 nəfər həyatını itirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Qəzza zolağının cənubundakı Xan Yunus şəhərindəki Nasser Xəstəxanasından verilən bəyanatda bildirilib. Bəyanatda hücum nəticəsində həyatını itirən 3 fələstinlinin xəstəxanaya gətirildiyi qeyd olunub.
Qəzza zolağındakı Mülki Müdafiə İdarəsi İsrail ordusunun artilleriya bölmələrinin Qəzzanın mərkəzindəki Büreyc qaçqın düşərgəsinə hücum etdiyini açıqlayıb. Hücum nəticəsində çox sayda fələstinlinin öldüyü və yaralandığı bildirilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki