image-reklam-veteninfo
image-1backend

İsrail ordusu Suriyada əməliyyat keçirib

image-reklam-veteninfo

İsrail Müdafiə Qüvvələri (İMQ) Suriyanın cənubundakı bufer zonasında bir şübhəlinin zərərsizləşdirildiyini bildirib. Ordu onun İsrail mövqelərinə sızmağa cəhd etdiyini bildirib.

Vətəninfo.az xəbər verir ki, ordunun mətbuat xidmətinin açıqlamasında deyilir: “Bir müddət əvvəl İsrail ordusunun əsgərləri şübhəli bir şəxsin cənubi Suriyadakı təhlükəsizlik zonasına sızmağa çalışdığını görüblər. Sürətli şəkildə müəyyən edildikdən sonra əsgərlər atəş açaraq onu zərərsizləşdiriblər”.

Məlumata görə, İsrail ordusunun əsgərlərindən heç biri xəsarət almayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki