image-1backend

İsrail Patriot sistemi ilə vidalaşır

image-reklam_sirab_01

İsrail Hərbi Hava Qüvvələri köhnəlmiş “Patriot” hava hücumundan müdafiə sistemlərindən imtina edərək daha müasir silahlardan istifadəyə keçməyi planlaşdırır. Vətəninfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” yazır.

Məqalədə qeyd olunur ki, onlar hələ fevral ayında İsrail ordusunda yenidən silahlanma haqqında danışmağa başlayıblar. İndi məlum olub ki, bir neçə Patriot hava hücumundan müdafiə sistemi iki ay ərzində həmişəlik sıradan çıxarılacaq.

İstismardan çıxarılan batareyalar daha təkmil zenit müdafiə sistemləri, xüsusən də “David’s Sling” sistemi və məşhur “Dəmir Günbəz”lə əvəz olunacaq.

Müəllif xatırladır ki, Patriot batareyaları 1991-ci ildə Körfəz müharibəsi zamanı İraqdan İsrailə atılan bəzi Skad raketlərinə qarşı uğurla işləyirdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki