image-reklam-veteninfo
image-1backend

İsrail prezidenti: “İran şər imperiyası odla oynayır” 

image-reklam-veteninfo

İsrail prezidenti İshaq Hersoq Qərbi Qüdsdə fransalı həmkarı Emmanuel Makronla görüşündə bildirib ki, İran və Livanın Hizbullah hərbi-siyasi qruplaşması Yaxın Şərqdə sabitliyi pozmağa çalışır.
Livan sərhədində artan #qarşıdurmalara toxunan İsrail prezidenti deyib:
“Biz Livandakı vəziyyəti diqqətlə izləyirik. Hesab edirəm ki, Hizbullah və gecə-gündüz ona dəstək verməklə Yaxın Şərqdə sabitliyi pozmağa çalışan şər imperiyası İran odla oynayır. Mən açıq şəkildə qeyd etməliyəm ki, biz nə şimalda, nə də başqa yerdə münaqişə axtarmırıq”, – deyə, o, əlavə edib. (Anadolu Ajansı)




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki