image-image_750x_665411e42b5c0backend

İsrail qaçqın düşərgəsini VURDU: Çoxsaylı ölən var

image-reklam_sirab_01

Əl-Cəzirə xəbər verir ki, İsrailin Qəzzanın Rəfah şəhərindəki qaçqın düşərgəsinə növbəti hücumu nəticəsində 35 nəfər həlak olub.

Televiziya şirkətinin məlumatına görə, İsrail tərəfi hərbi zonaları elan edilmiş “təhlükəsiz” bölgələrdən ayırmadan zərbələr endirib.

Maraqlıdır ki, mayın 24-də Beynəlxalq Ədalət Məhkəməsi İsraili Rəfahdakı əməliyyatı dayandırmağa məcbur edib.

İsrail isə öz növbəsində iddia edir ki, hədəflər terrorçuları və onların hücumlarını idarə edən HƏMAS-ın iki yüksək rütbəli komandiri olub.
Onların hər ikisi, o cümlədən qərb sahilindəki qərargah rəisi məhv edilib. Hərbi Hava Qüvvələri Rəfahdakı mövqelərə də zərbələr endirib, oradan da İsrail istiqamətində səkkiz raket atılıb. Təl-Əviv israr edir ki, BMT məhkəməsinin qərarına baxmayaraq, zərbələr beynəlxalq hüquq normalarına uyğundur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki