image-reklam-veteninfo
image-1backend

İsrail Qəzza zolağında hərbi əməliyyat zonasını genişləndirir

image-reklam-veteninfo

İsrailin müdafiə naziri İsrael Katz İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağında əməliyyatlarını genişləndirdiyini açıqlayıb. Bu barədə Vətəninfo.az “The Times of Israel”  istinadən xəbər verir .

Katz bildirib ki, məqsəd bir sıra əraziləri “terrorçulardan və onların infrastrukturundan təmizləmək, İsrail Dövlətinin təhlükəsizlik zonalarına daxil ediləcək geniş ərazini ələ keçirməkdir”.

O, həmçinin anklav sakinlərini “HƏMAS-ı devirmək və bütün girovları geri qaytarmaq üçün indi irəliləməyə” çağırıb.

Bundan əlavə, nəşr Fələstin tərəfinə istinadən yazıb ki, İsrail quru qoşunları anklavın cənubunda yerləşən Rəfah şəhərinin bir neçə bölgəsində fəaliyyətə başlayıb.

Aprelin 1-də İDF Rəfah və ətraf rayonların sakinlərinə təxliyyə olunmaları barədə xəbərdarlıq edərək, onlara Əl-Məvasi sahilindəki humanitar zonada çadır düşərgələrinə köçməyi tövsiyə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki