İsrail ordusunun Qəzza şəhərinin cənub-şərqində yerləşən bazara təşkil etdiyi hücum nəticəsində ilkin məlumata görə, 10 nəfər ölüb, çox sayda adam da xəsarət alıb.
Vətəninfo.az xəbər verir ki,şahidlərin məlumatına əsasən, İsrail döyüş təyyarələri Zeytun rayonundakı Şema məscidi yaxınlığındakı bazarı hədəf alıb.
Qəzzadakı Əl-Ehli Xəstəxanasındakı mənbələr hücumda 10 nəfərin həyatını itirdiyini, çox sayda insanın da yaralandığını açıqlayıb.