ABŞ prezidenti Donald Tramp bildirib ki, Qəzza zolağının mümkün işğalı yalnız İsrail hökumətinin qərarından asılıdır. Vətəninfo.az xəbər verir ki, bu haqda CNN məlumat yayıb.
Vaşinqtonda jurnalistlərə açıqlama verən Tramp Qəzzanın işğalının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən məsələnin yəhudi dövlətinin hökuməti tərəfindən həll edilməli olduğunu vurğulayıb.
ABŞ prezidenti deyib ki, onun diqqəti hazırda ehtiyacı olan fələstinliləri ərzaqla təmin etməkdir. O bildirib ki, İsrail Qəzza zolağına humanitar yardımın çatdırılmasını dəstəkləyəcək.
Avqustun 5-də bildirilib ki, İsrail Nazirlər Kabineti cümə axşamı iclas keçirməyi planlaşdırır, iclasda Qəzza zolağının mümkün tam işğalı məsələsi qaldırılacaq.
Fələstinin radikal HƏMAS hərəkatının israilliləri girov saxladığı ərazilərdə də hərbi əməliyyatlar aparılacaq. İsrail Müdafiə Qüvvələri hazırda ərazinin təxminən 75%-nə nəzarət edir.