image-reklam-veteninfo
image-1backend

İsrail Qəzzaya gedən daha bir gəmini ələ keçirdi

image-reklam-veteninfo

TASS-ın İsrail Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, İsrail hərbi qüvvələri dənizdə Qəzza zolağına gedən daha bir qayıq qrupunu saxlayıb.

Nazirlik bildirib ki, bu, Qəzza zolağının qanuni dəniz blokadasını pozmaq və hərbi əməliyyatlar zonasına daxil olmaq üçün edilən bir daha uğursuz cəhddir. Gəmilər və sərnişinlər İsrail limanına köçürülüb. Bütün sərnişinlərin təhlükəsiz olduğu və yaxın vaxtlarda deportasiya olunacaqları gözlənilir.

“The Times of Israel” qəzetinin məlumatına görə, göyərtədə 100-ə yaxın fələstinli fəalı daşıyan “Azadlıq Donanması Koalisiyasının” doqquz gəmisi olub. Onlar Qəzzanın blokadasını yararaq anklav ərazisinə daxil olmağı planlaşdırırdılar. Fəallar, təxminən iki həftə əvvəl İtaliya limanını tərk etdiklərini və Qəzza əhalisi üçün 110 min dollardan çox humanitar yardım apardıqlarını bildiriblər.

Bir həftə əvvəl isə İsrail donanması Sumud flotiliyasının 40-dan çox gəmisini, o cümlədən mühasirəyə alınmış Fələstin anklavına girməyə cəhd edən gəmiləri dənizdə ələ keçirib. İsveçli hüquq müdafiəçisi Qreta Tunberq də daxil olmaqla, 450-yə yaxın fəal saxlanılaraq İsrailə köçürülüb və hazırda onlar ölkədən tədricən deportasiya edilirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki