image-1backend

İsrail qüvvələri növbəti dəfə qaçqınlar düşərgəsini hədəf aldı

image-reklam_sirab_01

İsrail ordusunun Qəzza zolağının mərkəzində yerləşən ”Maqazi” qaçqınlar düşərgəsinə etdiyi hücum nəticəsində 2-si uşaq olmaqla 3 fələstinli həlak olub.
Bu barədə Qəzzadakı Mülki Müdafiə Təşkilatından verilən məlumatda bildirilib.
İsrail döyüş təyyarələrinin isə Qəzza şəhərinin qərbinə və Xan Yunis bölgəsinə hava zərbələri endirdiyi vurğulanıb. Hücum nəticəsində ölən və yaralananların olduğu qeyd olunub.
İsrailin 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində azı 16 589-u uşaq, 10 980-i də qadın olmaqla 40 435 fələstinli ölüb, 93 534 nəfər yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölünün olduğu, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin hədəf alınaraq mülki infrastrukturun məhv edildiyi bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki