image-1backend

İsrail Rəfahda hərbi əməliyyatları davam etdirir

image-reklam_sirab_01

İsrail ordusu Qəzzanın bütün bölgələrində, o cümlədən Rəfahda döyüşləri davam etdirir.

Vətəninfo.az-ın  məlumatına görə , bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Daniel Həcəri məlumat verib .

O bildirib ki, xüsusilə cənub bölgəsində 162-ci diviziyanın qoşunları Rəfahın şərqində Həmas hədəflərinin məhv edilməsi əməliyyatını davam etdirir.

Onun sözlərinə görə, bu, uşaq meydançası da daxil olmaqla yaşayış məntəqəsinin atəşə tutulduğu ərazidəki HƏMAS infrastrukturuna qarşı məqsədyönlü, kəşfiyyat xarakterli əməliyyatdır.

“Biz indiyədək Rəfahın şərqində onlarla terrorçunu məhv etməyə, mühüm yeraltı yol tapmağa və çoxlu sayda silah-sursat ələ keçirə bildik. Bu səhər biz şərqdəki Rəfah döyüş zonasına bitişik ərazilərdən müvəqqəti təxliyyəni koordinasiya etdik”, – deyə Həcərin İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki