image-reklam-veteninfo
image-1backend

İsrail rəsmisi: “ İranla yeni müharibə yüksək intensivliklə başlaya bilər” 

image-reklam-veteninfo

İsrail hərbi kəşfiyyatının İran bölməsinin keçmiş rəhbəri Dennis Sitrinoviç İranın hazırkı vəziyyətini “yeni hərbi qarşıdurma doğura biləcək strateji dilemma” kimi dəyərləndirib.

“Israel-Hume” qəzetinə müsahibəsində Sitrinoviç bildirib: “Biz çox yüksək intensivliklə dərhal başlaya biləcək bir müharibədən danışırıq”.

Onun sözlərinə görə, İsrail və İran arasında növbəti mümkün müharibə, əvvəlki qarşıdurmaların bitdiyi yerdən — yəni çox yüksək gərginlik nöqtəsindən — başlayacaq ki, bu da onu daha təhlükəli edir.

O, deyib ki, İranın mövcud durumu bir neçə ciddi faktordan qaynaqlanır:
İsraillə son müharibənin nəticələri;
İranın bölgədəki proksi qüvvələrinin səmərəsiz fəaliyyəti;
ölkə daxilində dərinləşən su böhranı və sosial gərginlik;
“Snapback” mexanizminin işə salınması ehtimalı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki