image-reklam-veteninfo
image-1backend

İsrail rəsmisi: “Mossad rəhbəri İranla müharibədə yanlış addımlar atıb”

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, İsrail ordusunun keçmiş Baş Qərargah rəisi Herzi Halevi “Mossad”ın rəhbəri David Barneanı İranla qarşıdurmada düzgün olmayan üsullar seçməkdə tənqid edib.

“Kanal 13”ün məlumatına görə, Halevi ehtiyatda olan zabitlərlə görüşdə bildirib ki, Barnea ordunun məsuliyyətinə aid olmayan əməliyyatlara müdaxilə edir və bununla “özünə taxt qurmağa” çalışır. O, habelə “Mossad”ın bəzi əməliyyat görüntülərini yaymasının təhlükəli olduğunu vurğulayıb.

Bu tənqidlər son həftələrdə Mossad-ın İranda keçirdiyi əməliyyatlarla bağlı yayılan xəbərlərlə eyni vaxta təsadüf edir. Onlardan biri “ProPublica”da dərc olunmuş və onlarla iranlının İsrail tərəfindən təlim aldığını göstərən hesabatdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki