image-1backend

İsrail sülh planını açıqladı

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Ağ Ev Livan və İsrail arasında atəşkəsin fevralın 18-dək uzadıldığını açıqlayıb.
Livan və İsrail arasında 2024-cü il noyabrın 27-də qüvvəyə minən atəşkəs şərtlərinə görə, İsrail tərəfi qoşunlarını 60 gün ərzində, yəni 27 yanvar 2025-ci il tarixinə qədər Livanın cənubundan çıxarmalı idi.

Lakin yanvarın 24-də İsrailin baş naziri Benyamin Netanyahunun ofisi həmin müddətdən sonra qoşunların çıxarılmasının davam edəcəyini açıqlayıb. İsrail bu qərarın səbəbini Livan tərəfinin razılaşmanı tam yerinə yetirməməsi hesab edib.

Atəşkəs razılaşması həmçinin Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) tərəfindən dəstəklənən Livan ordusunun ölkənin cənub sərhədi boyunca yerləşdirilməsini tələb edir.

Eyni zamanda, razılaşmaya əsasən, “Hizbullah” qüvvələrini Litani çayından o tərəfə çıxarmalıdır.
Bundan əlavə, İsrailin baş naziri Benyamin Netanyahunun ofisi İsrail tərəfinin HƏMAS hərəkatından Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsinin birinci mərhələsində azad ediləcək bütün girovların siyahısını aldığını bildirib.

“İsrail HƏMAS-dan birinci mərhələdə azad edilməli olan bütün girovlar haqqında məlumatların yer aldığı siyahı alıb. Bu razılaşmalar çərçivəsində İsrail yanvarın 27-də səhər saatlarından Qəzza zolağının sakinlərinə anklavın şimal hissəsinə köçməyə icazə verəcək”, – məlumatda deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image