image-1backend

İsrail Suriya və Livanda iki sərhəd keçid məntəqəsini vurub

image-reklam_sirab_01

İsrail Suriyanın Livanla iki sərhəd keçid məntəqəsini vurub. Vətəninfo.az xəbər verir ki , bu barədə Livanın nəqliyyat naziri Əli Hami Reuters agentliyinə bildirib.

Rəsmi qeyd edib ki, zərbələr həm Livanın şimalındakı “Arida”, həm də şərqdəki “Jusieh” keçid məntəqəsində nəzarət-buraxılış məntəqələrinin Suriya tərəfinə endirilib.

Hər iki keçid məntəqəsi yaraqlıların irəliləməyə çalışdığı Suriyanın Homs əyalətinə daxil olmaq üçün vacibdir. 

Bundan əvvəl xəbər verilmişdi ki, şiddətli döyüşlərdən sonra Suriyanın Həma şəhəri yaraqlıların nəzarətinə keçib. 

Öz növbəsində İsrail ordusu Suriya-Livan sərhədində “Hizbullah”ın “silah qaçaqmalçılığı yollarına və terror infrastrukturuna” zərbələr endirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image