Media və teleqram kanalları yazır ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Suriyanın Dəməşq hava limanı yaxınlığında avtomobildə öldürülüb.
Qətərin “Əl-Cəzirə” telekanalı Suriya mənbələrinə istinadən xəbər verir ki, İsrailin Dəməşq hava limanı yaxınlığında avtomobilə endirdiyi zərbə nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.