image-reklam-veteninfo
image-1backend

İsrail Suriyanın Dəməşq və Həma şəhərlərini bombaladı

image-reklam-veteninfo

İsrail Hərbi Hava Qüvvələri Dəməşqə hava zərbələri endirib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Suriya mətbuatı məlumat yayıb. Qeyd olunur ki, zərbələrin hədəfi Suriya paytaxtının şimalındakı Bərzə rayonunda yerləşən tədqiqat mərkəzi olub.

Əl-Cəzirə xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın Həma şəhərindəki hərbi hava limanına bir sıra zərbələr endirib.

2024-cü il dekabrın 8-də Bəşər Əsəd rejiminin devrilməsindən sonra İsrail Suriyada hərbi əməliyyatlarını, o cümlədən Dəməşqə zərbələr endirməsini xeyli gücləndirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki