image-reklam-veteninfo
image-1backend

İsrail Suriyanın hərbi obyektlərini VURDU

image-reklam-veteninfo

Avqustun 21-i axşam saatlarında Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı bir sıra obyektlər raketlərlə vurulub. Zərbələr nəticəsində yaralanan var. Vətəninfo.az -ın məlumatına görə , bu barədə Suriyanın SANA xəbər agentliyi məlumat yayıb.

“Bazar ertəsi axşam saat 23:05 radələrində İsrailin rəqibi Suriyanın ələ keçirdiyi Qolandan raketlərlə Dəməşq yaxınlığındakı bəzi obyektləri hədəfə alaraq təcavüz aktı həyata keçirib”, – SANA-ya hərbi idarədəki mənbə bildirib.

Mənbə əlavə edib ki, raket hücumu nəticəsində bir əsgər yaralanıb, maddi ziyan dəyib.

SANA başqa bir nəşrdə qeyd edib ki, respublikanın zenit müdafiə qüvvələri paytaxtın cənub və cənub-şərq ətrafı səmalarında hava hədəflərini atəşə tutur.

TASS agentliyinin məlumatına görə, Dubaydan yayımlanan “Al Hadath” telekanalı öz növbəsində zərbələrin Suriya ordusuna qarşı döyüşən şiə qruplaşmalarının silah anbarlarının yerləşdiyi Dəməşqin beynəlxalq hava limanı yaxınlığındakı ərazilərə endirilməsi barədə məlumat yayıb.

Avqustun 7-də İsrail təyyarələrinin El Kisva şəhərinin qərb ətrafına və Dimas aerodromuna hücum etdiyi bildirilir. Suriya Ərəb Respublikası silahlı qüvvələri komandanlığının nümayəndəsinin sözlərinə görə, İsrailin təcavüzünü dəf edərkən 4 suriyalı hərbçi həlak olub, 4-ü isə yaralanıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki