image-1backend

İsrail Suriyaya hava zərbəsi endirdi -Ölən və yaralananalar var  

image-reklam_sirab_01

Mayın 29-u axşam saatlarında Dəməşqdə İsrailin Suriyanın şimalında hava hücumları təşkil etdiyi açıqlanıb. Hücum nəticəsində 1 uşaq ölüb, azı 10 nəfər yaralanıb. Vətəninfo.az  xəbər verir ki , bu barədə SANA agentliyi məlumat yayıb.

Agentliyin hərbi mənbəsinin məlumatına görə, İsrail aviasiyası Livan tərəfdən Tartusun şimalında yerləşən Baniyas şəhərində yaşayış binasına və digər obyektə zərbələr endirib.

Banias xəstəxanası yaralıların sayının 12 olduğunu, hava hücumunda 2 yaşlı qız uşağının öldüyünü bildirib.

Son illər İsrail mütəmadi olaraq Suriya ərazisinə hücum edir. İranın hərbi məsləhətçiləri və Dəməşqin dəstəklədiyi Hizbullah hərəkatının obyektləri adətən bu cür zərbələrin hədəfi olur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki