image-reklam-veteninfo
image-1backend

İsrail təyyarərələri Türkiyə ərazisinə daxil olub – Türk “F-16”-ları dərhal havaya qaldırılıb + VİDEO

image-reklam-veteninfo

İsrailin İrana hücum etdiyi ilk gücə Türkiyə hava məkanında fövqəladə vəziyyət yaşanıb. 

Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumata görə, həmin gecə bəzi İsrail hərbi təyyarələri Türkiyə hava məkanını pozub. Bundan sonra Türk Hava Qüvvələribə dərhal həyəcan siqnalı verilib. Türkiyənin bir neçə “F-16” qırıcısı sürətlə havalanaraq vəziyyəti nəzarətə götürüb.

Türk döyüş təyyarələri İsrail təyyarələrinə xəbərdarlıq edərək hava məkanını dərhal tərk etmələrini tələb edib. Bu xəbərdarlıqdan sonra İsrailə məxsus təyyarələrin Türkiyə hava məkanını tərk etdiyi deyilir.

Qeyd olunur ki, İrain-İsrail münaqişəsindən sonra Türkiyədə erkən xəbərdarlıq sistemləri və radarlar fasiləsiz fəaliyyət göstərir, “F-16″ döyüş təyyarələri isə mümkün hava məkanı  pozuntularına dərhal müdaxilə üçün daim hazır vəziyyətdə saxlanılır.”AzPolitika.info”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki