İsrail girovların azad edilməsində vasitəçi olmaq təklifi ilə Türkiyəyə müraciət edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
İsrail və ABŞ bu xəbəri təkzib etdi, prezident Co Bayden isə İsrail və Livan arasında atəşkəs haqqında danışarkən ABŞ-ın Türkiyə ilə işləməyə və onun köməyi ilə Qəzza razılaşmasını irəli sürməyə hazır olduğunu bildirib.
İsrail mediası qeyd edir ki, Bayden Türkiyə ilə ünsiyyətə hazır olduğunu bəyan etsə də, Ağ Evdəki mənbə Ankaranın danışıqlarda iştirakını istisna edib.