Qətər və Misir vasitəçiləri müntəzəm danışıqlar zamanı İsrail və HƏMAS hərəkatı arasında Qəzza zolağında 5-7 illik atəşkəs təklif ediblər. Vətəninfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. HƏMAS-ın yüksək rütbəli rəsmisinin sözlərinə görə, təklif 7 oktyabr 2013-cü ildə Həmas tərəfindən girov götürülən bütün israilli girovların İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların müqabilində azad edilməsini nəzərdə tutur. Eyni zamanda, 5-7 illik atəşkəs İsrail ordusunun Qəzza zolağından tamamilə çıxarılmasını və hərbi əməliyyatların dayandırılmasının rəsmi bəyan edilməsini nəzərdə tutur.
Nəşrin yazdığına görə, HƏMAS vasitəçilərə aydın şəkildə bildirib ki, o, sektordakı hakimiyyəti Fələstin siyasi qüvvəsinə, məsələn, Fələstin Milli Administrasiyasına və ya hansısa yeni struktura təhvil verməyə hazırdır.