image-1backend

İsrail və HƏMAS atəşkəs sazişi imzalamağa yaxındır- CNN

image-reklam_sirab_01

İsrail və Fələstinin Həmas hərəkatı, çox güman ki, Qəzza zolağında atəşkəs haqqında saziş imzalamağa yaxınlaşıb. Vətəninfo.az-ın məlumatına görə , bu barədə CNN telekanalı yazıb.

Qeyd olunur ki, İsrail və HƏMAS, görünür, “çərçivə sazişi bağlamaq ərəfəsindədir”. Mənbənin sözlərinə görə, yəhudi dövləti hesab edir ki, HƏMAS-ın son cavabı tərəflərə razılığa gəlmək üçün ətraflı danışıqlara başlamağa imkan verəcək. Bununla belə, CNN sövdələşmənin taleyinin hələ həll olunmadığını vurğulayır.

Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahunun ofisi və Mossad kəşfiyyat xidməti birgə bəyanat yayıb və orada İsrail tərəfinin vasitəçilər vasitəsilə girov müqaviləsi ilə bağlı Həmas nümayəndələrinin cavabını aldığı bildirilir.

Mayın 31-də ABŞ prezidenti Co Bayden Qəzza zolağında sülhün nizamlanmasına dair üç mərhələdən ibarət yeni saziş layihəsinin şərtlərini dərc edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki