Maldiv Respublikasının prezidenti Məhəmməd Muizzu bu gün İsrail vətəndaşlarının ölkəsinə girişini qadağan etmək qərarına gəlib. Vətəninfo.az xəbər verir ki, bununla bağlı dövlət başçısının rəsmi saytı xəbər verib.
Məlumata görə, ölkənin Nazirlər Kabinetinin qərarına İsrail pasportu sahiblərinin Maldiv adalarına daxil olmasının qarşısını almaq üçün zəruri qanunlara dəyişiklik edilməsi və bu səylərə nəzarət etmək üçün Nazirlər Kabinetinin alt komitəsinin yaradılması daxildir.
Qeyd olunub ki, fələstinlilərin ehtiyaclarını dəyərləndirmək və BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) dəstəyi ilə onlara yardım üçün vəsait toplama kampaniyası təşkil etmək məqsədi ilə xüsusi nümayəndə təyin edilməsi qərara alınıb.