image-1backend

İsrail XİN: “İranın terrorçu proksi qüvvələri olimpiadada idmançılarımıza hücum etmək istəyirlər” 

image-reklam_sirab_01

İsrailin xarici işlər naziri İsrael Katz bu gün franslı həmkarı Stefan Sejurneyə göndərdiyi məktubunda onu Paris Yay Olimpiada Oyunlarında İsrail idmançılarının nümayəndə heyətinə qarşı terror hücumu üçün İran hökumətinin hazırladığı plan haqqında xəbərdarlıq edib.
Vətəninfo.az xəbər verir ki, “The Times of İsrael” qəzetinin yazıdığına görə, İsrailin XİN rəhbəri Stefan Sejurneyə məktubunda yazıb:
“Olimpiadanın sevincli ab-havasını pozmağa çalışanlar var. Biz hazırda Olimpiada Oyunları zamanı israilli idmançılara və turistlərə terror hücumu həyata keçirməyə çalışan İrana bağlı proksi qüvvələrinin və digər terror təşkilatlarının potensial təhlükəsini qiymətləndiririk”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki