İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağının bəzi şəhərləri istiqamətində gecə endirdiyi zərbələr nəticəsində qurbanların sayı 110-a çatıb.
Vətəninfo.az xəbər verir ki , bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, İsrailin Beyt Lahia, Nuseyrat, Rəfah və Xan Yunis şəhərlərinə endirdiyi zərbələr nəticəsində gecə saatlarında qadın və uşaqların da olduğu 110 nəfər həlak olub.


























