image-1backend

İsrail Yaxın Şərqi fəlakətə sürükləyir-  İranın xarici işlər naziri

image-reklam_sirab_01

İsrailin fəlakətə doğru sürüklədiyi bölgənin təhlükəsizliyini təmin etmək üçün Yaxın Şərq ölkələri birləşməlidir.

Vətəninfo.az xəbər verir ki,  bu fikirləri İranın xarici işlər naziri Abbas Əraqçi  bildirib.

“İsrail rejimi bütün bölgəni fəlakətə sürükləyir. Bölgəyə bu çətin vaxtlarda çətinliklərin öhdəsindən gəlmək üçün bəsirət, müdriklik, cəsarət və əməkdaşlıq lazımdır”, – deyə Əraqçi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla Ər-Riyadda görüşdən sonra yazıb.

İran Xarici İşlər Nazirliyinin rəhbəri Krallığa səfəri çərçivəsində Səudiyyə Ərəbistanının həmkarı şahzadə Feysəl bin Fərhan Əl Səud ilə görüşüb.

“İran və Səudiyyə Ərəbistanı birlikdə regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına kömək edə bilər və bu, daha yüksək siyasi iradə tələb edir”, – deyə Əraqçi danışıqlardan sonra bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki