Vətəninfo.az xəbər verir ki , İsrail aviasiyası Yəmənin paytaxtı Sane beynəlxalq hava limanına hücum edib. İsrail tərəfinin bəyanatına görə, zərbə Yəmənin İsrailə qarşı davam edən hücumlarına cavabdır.
Öz növbəsində Yəmən KİV-ləri müalicə üçün xaricə gedən xəstələrin olduğu hava limanının binasına hücum edildiyini yazır.
Yəməndəki hava hücumlarından sonra İsrailin müdafiə naziri İsrael Katz bütün Husi liderlərini təqib edəcəyi ilə hədələyib. Bu barədə “The Times of Israel” məlumat yayıb.