İsrail yenidən Livanı vurdu – ölənlərin sayı 600-ə çatıb
Sentyabrın 25-də səhər saatlarında İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna və Bekaa vadisinə təkrar zərbələr endirib. Vətəninfo.az xəbər verir ki , bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Bundan əlavə, hərbçilərin məlumatına görə, Livanın “Hizbullah” qruplaşması sentyabrın 25-i səhər saatlarında İsrail ərazisi istiqamətində 40-a yaxın raket atıb. Raketlərdən biri İsrailin şimalındakı Safed şəhərində yaşayış binasına düşüb. Heç kim xəsarət almayıb.
Livanın Səhiyyə Nazirliyi sentyabrın 23-dən İsrailin hərbi əməliyyatlarının qurbanlarının sayının təxminən 600 nəfərə çatdığını, 1900 nəfərin yaralandığını bildirib.