İsraildə bir milyondan çox insan hökumətin Qəzza zolağının işğalı planları əvəzinə məhbus mübadiləsi razılaşması tələbi ilə keçirilən ümumi tətil və etiraz aksiyalarında iştirak edib. Vətəninfo.az xəbər verir ki, bu barədə “Anadolu” İsrail Məhbus Ailələrinin Birləşmiş Platformasına istinadən xəbər verir.
Nümayişlərdə “Hökumətin məhbusları qurban verməsinə icazə verməyəcəyik” şüarları səsləndirilib.