İsraildə keçirilən hərbi əməliyyatlar zamanı 12 Tailand vətəndaşı həlak olub, 11 nəfər qaçırılıb, 8 nəfər yaralanıb.
Vətəninfo.az xəbər verir ki, Tayland Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Kançana Patarachok jurnalistlərə açıqlamasında “Biz İsraildəki bütün Tayland vətəndaşlarına kömək etmək üçün çalışırıq” dedi.


























