image-1backend

İsraildə “Hizbullah”ın hücumu nəticəsində 4 əsgər şəhid olub, 70-ə yaxın adam yaralanıb

image-reklam_sirab_01

İsrailin şimalında Livanın “Hizbullah” şiə hərəkatının pilotsuz təyyarənin hücumu nəticəsində 67 nəfər yaralanıb. Vətəninfo.az  xəbər verir ki , bu barədə “The Jerusalem Post” məlumat yayıb.Oktyabrın 13-ü axşam saatlarında baş verən hücum nəticəsində 4 əsgərin də şəhid olduğu bildirilir. Dövri nəşrin məlumatına görə, raket hücumu ilə eyni vaxtda Livan tərəfindən bir neçə PUA buraxılıb. HHM sistemləri PUA-nin qarşısını kəsib, lakin onlardan biri tuta bilməyib və o, Benyamin qəsəbəsi ərazisinə düşüb. “The Jerusalem Post” qeyd edir ki, çox güman ki, onlar Mirsad-1 PUA olub və bu, İsrailin hava hücumundan müdafiə sisteminin onları tuta bilməməsi ilk dəfə deyil.Öz növbəsində “Hizbullah” bəyanat yayaraq hərbi obyektlərin yaxınlığındakı mülki şəxslərin də hədəfə alınacağını bildirib. Bundan əlavə, ötən gün ərzində Livanın cənubunda baş verən “müxtəlif insidentlər” zamanı İsrail Müdafiə Qüvvələrinin 25 əsgəri yaralanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki