image-1116674backend

İsraildə insanlar küçələrə axışdı

image-reklam_sirab_01

Avqustun 2-də axşam Təl-Əvivdə minlərlə insan məhkəmə islahatlarına qarşı nümayiş keçirib. İsrailin baş naziri Benyamin Netanyahu hökumətinin ötən həftə məhkəmə islahatları çərçivəsində ilk qanun layihəsini təsdiqləməsindən sonra etiraz dalğası səngiməyib. Bu barədə Vətəninfo.az “The Times of Israel” nəşrindən xəbər verir.

2220dac39634e0872b41ed1e9e3b63ac10db048d.jpg (71 KB)

Nümayişçilər məhkəməyə dəstəklərini nümayiş etdirərək aşağı məhkəmə binasına doğru yürüş ediblər. Yürüşə İsrailin keçmiş ədliyyə nazirləri və Ali Məhkəmənin keçmiş hakimi rəhbərlik edib.

İyulun 24-də Netanyahu və onun koalisiya tərəfdaşları “ağıllılıq qanunu” adlandırılan islahatlar paketinin ilk qanun layihəsini təsdiqləyiblər. o, hakimlərə məhkəmənin əsassız hesab etdiyi hökumət qərarlarını ləğv etməyi qadağan edir.

 

Qanunun əleyhinə Ali Məhkəməyə vəsatətlər verilib. Sentyabrda 15 hakimdən ibarət kollegiya işə baxacaq.

Netanyahunun təsdiq etmək niyyətində olduğu paketdəki növbəti qanun layihəsi hakimlərin təyinatında hökumətə daha böyük təsir imkanları verəcək.

İsraildə məhkəmə islahatlarına qarşı nümayişlər 30 həftədir ki, davam edir. Tənqidçilər iddia edirlər ki, Netanyahu ona qarşı mümkün hökmləri ləğv etmək üçün məhkəmə islahatlarından istifadə etməyə çalışır. ona qarşı korrupsiya ittihamı irəli sürülüb.

Öz növbəsində Netanyahu hökuməti iddia edir ki, hakimiyyət qolları arasında balansı qorumaq üçün məhkəmə islahatları zəruridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki