image-reklam-veteninfo
image-isrbackend

İsraildə nümayişlər iğtişaşlara çevrildi, həbslər var

image-reklam-veteninfo

İyulun 20-də axşam saatlarında İsrailin müxtəlif şəhərlərində məhkəmə islahatlarına qarşı nümayişlər keçirilib və bu nümayişlər bəzi yerlərdə iğtişaşlara çevrilib. Təl-Əvivdə ictimai asayişi pozmaqda və polisə hücum etməkdə şübhəli bilinən azı 15 etirazçı həbs edilib.

Vətəninfo.az  “The Times of Israel”ə istinadən verdiyi məlumata görə, hakim koalisiyaya daxil olan nazirlərin evləri qarşısında, magistral yollarda etiraz aksiyaları keçirilib, hava limanlarının işi dayandırılıb.

Təl-Əvivdə etirazçılar axşam saatlarında bir neçə dəfə əsas magistral yollardan birini bağlayıblar və nəqliyyatın hərəkəti yalnız gecə yarısından sonra bərpa olunub. Aksiya iştirakçıları yanğınlar törədib, nağara döyüb və polisin onları yoldan çıxarmaq cəhdinə mane olublar. Hüquq-mühafizəçilər atlı polisləri cəlb edib, həmçinin etirazçıları yoldan çıxarmaq üçün su şırnaqlarından istifadə ediblər.

20 iyul etirazları Baş nazir Benyamin Netanyahunun koalisiyasının məhkəmə islahatlarını başa çatdırmaq üçün atdığı addımları müdafiə etdiyi və qanunvericilik təşəbbüsünün demokratiyanı təhdid etdiyini inkar etdiyi çıxışından sonra sürətlənib.

“The Times of Israel”in yazdığına görə, mübahisəli qanunvericilik məhkəmələrin hökumət və ya seçilmiş məmurlar tərəfindən qəbul edilən qərarları qiymətləndirərkən “ağıllılıq testindən” istifadə etməsinə mane olmaq məqsədi daşıyır. Qəzetin yazdığına görə, qanun layihəsinin qəbulu İsrailin ultra-dindar “Şas” partiyasının lideri Arie Derinin kabinetə qayıtmasına zəmin yarada bilər. vergi pozuntularına görə Ali Məhkəmə onun daxili işlər naziri təyin edilməsini “ağılsız” addım adlandıraraq rədd etmişdi.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki