image-reklam-veteninfo
image-11backend

İsraildə seçki həyəcanı: Səsvermə davam edir

image-reklam-veteninfo

İsraildə parlament seçkiləri üzrə səsvermə davam edir.

Vətəninfo.az xəbər verir ki, İsrail mediasının məlumatına görə, səsvermə məntəqələri yerli vaxtla saat 07:00-da açılıb və 22:00-da bağlanacaq.

İlkin məlumatlara əsasən, yerli vaxtla saat 10:00-a qədər seçicilərin 17 faizi, yəni təxminən 1,2 milyon vətəndaş səsvermədə iştirak edib.

Seçkilərdə 37 partiya və seçki siyahısı mübarizə aparır. 120 yerlik Knessetdə hökumət koalisiyası formalaşdırmaq üçün ən azı 61 mandat əldə etmək tələb olunur.

Seçkilərin əsas iştirakçıları arasında Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” Partiyası, Baş Qərargahın keçmiş rəisi Qadi Eisenkotun “Yaşar” Partiyası və keçmiş Baş nazir Naftali Bennettin rəhbərlik etdiyi “Birlikdə” ittifaqı yer alır.

Səsvermə başa çatdıqdan sonra ilkin nəticələrin açıqlanması gözlənilir. Yekun nəticələrin isə daha sonra elan olunacağı bildirilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki