image-reklam-veteninfo
image-1backend

İsraildən sərt açıqlama: “Qəzzada Türkiyə hərbi qüvvələrinə icazə verilməyəcək”

image-reklam-veteninfo

İsrail ABŞ-ın Fələstin ərazilərində müharibəni daimi olaraq sona çatdırmağı hədəfləyən planı çərçivəsində Qəzzada Türkiyə Silahlı Qüvvələrinin mövcudluğuna icazə verməyəcək.

Vətəninfo.az  xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər naziri Gideon Saar bildirib.

“Ölkələr, silahlı qüvvələr göndərmək istəyirsə, ən azı İsrailə qarşı ədalətli olmalıdır. Türkiyə İsrailə qarşı düşmən münasibət göstərib, buna görə də onların qüvvələrinin Qəzza sektoruna girişi mümkün deyil və biz buna razı olmayacağıq”, – deyə Saar bildirib.

Məlumat üçün bildirək ki, Plan çərçivəsində beynəlxalq qüvvələrin Qəzzada yerləşdirilməsi nəzərdə tutulur. ABŞ administrasiyası isə öz əsgərlərini bölgəyə göndərməyi planlaşdırmır. Danışıqlar İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Qətər, Türkiyə və Azərbaycanla aparılır. ABŞ Dövlət katibi Marko Rubio isə beynəlxalq qüvvələrin “İsrailin özünü rahat hiss edəcəyi ölkələrdən” ibarət olmalı olduğunu qeyd etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki