image-1backend

İsrailə qarşı demarş: Daha 3 ölkə Fələstinin müstəqilliyini tanıyır

image-reklam_sirab_01

İrlandiya və İspaniya da daxil olmaqla üç Avropa ölkəsinin mayın 22-də Fələstinin müstəqil dövlət kimi tanındığını elan etmək niyyətində olduğunu yazmışdıq. Vətəninfo.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən yazıb. Nəşrin məlumatına görə, Fələstin dövlətçiliyini tanıyan üçüncü ölkə Belçika, Malta, Norveç və ya Sloveniya ola bilər, çünki onlar əvvəllər oxşar niyyətlərini bəyan etmişdilər. Çox güman ki, qəzet yazır ki, bu gün Oslo Madrid və Dublinə qoşulacaq, digər ölkələr isə qərarını daha sonra açıqlayacaqlar.
İndi də rəsmi mənbələrə görə, Fələstinin müstəqilliyini hansı dövlətlərin tanıyacağı məlum olub.

İspaniya mayın 28-də Fələstin Dövlətinin müstəqilliyini tanıyacaq. Bu barədə krallığın baş naziri Pedro Sançes Madriddə İspaniya Deputatlar Konqresində (parlamentin aşağı palatasında) çıxışı zamanı bildirib. “Gələn çərşənbə axşamı, mayın 28-də İspaniya Nazirlər Şurasında Fələstin Dövlətinin tanınmasını təsdiq edəcək”, – Sançes bildirib.

İrlandiyanın baş naziri Saymon Harris də ölkənin Fələstin dövlətinin müstəqilliyini tanımağa qərar verdiyini açıqlayıb. NRK telekanalı xəbər verir ki, Norveç hökuməti Fələstini suveren dövlət kimi tanıdığını elan edib. Bu barədə baş nazir Conas Qahr Store mətbuat konfransı zamanı bildirib. Qərar mayın 28-dən qüvvəyə minəcək.

“The Times of Israel” xəbər verir ki, İsrailin xarici işlər naziri İsrael Katz bu ölkələrin Fələstini suveren dövlət kimi tanımaq qərarı ilə bağlı İrlandiya və Norveçdəki səfirlərini məsləhətləşmələr üçün geri çağırıb. “Mən İrlandiya və Norveçə açıq mesaj göndərirəm. İsrail bunun sakit keçməsinə imkan verməyəcək” deyən Katz, İspaniyanın “İrlandiya və Norveçdən nümunə götürəcəyi təqdirdə” oxşar tədbirlər barədə xəbərdarlıq edib.

1974-cü ildə Birləşmiş Millətlər Təşkilatı Fələstin xalqının öz müqəddəratını təyin etmə, milli müstəqillik, suverenlik və qaçqınların geri qayıtması kimi ayrılmaz hüquqlarını bir daha təsdiq etdi. 1988-ci ildə qismən tanınan Fələstin dövləti elan edildi.

Əlavə edək ki, Bolqarıstan, Macarıstan, Kipr, Malta, Polşa, Rumıniya, Slovakiya, Çexiya və İsveç Fələstinin müstəqilliyini tanıyıb. Ümumilikdə BMT-nin 193 ölkəsindən 143-ü Fələstini müstəqil dövlət kimi tanıyır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki