image-1backend

İsrailin bombardmanları nəticəsində Qəzzada 30-dan çox adam öldü

image-reklam_sirab_01
Səhər saatlarında İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 30-dan çox insan həlak olub. Vətəninfo.az  xəbər verir ki , bu barədə “Al Mayadeen” məlumat yayıb.

Telekanalın məlumatına görə, 31 fələstinli həlak olub, onlarla insan yaralanıb. Dağıntılar altında qalan itkin düşənlər də var.

Öz növbəsində BMT-nin baş katibi Antonio Quterreş son günlər İsrailin Qəzzanın şimalına endirdiyi zərbələr nəticəsində mülki əhalinin çox sayda itkisini pisləyib. BBC xatırladır ki, Quterreşin açıqlamasından əvvəl İsrail tankları və qoşunlarının quru əməliyyatını davam etdirdiyi Cəbəliya qaçqın düşərgəsində 10 nəfər həlak olub.

2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində təxminən 42 280 nəfər həlak olub, 98 000-dən çox insan yaralanıb. İsrail HƏMAS yaraqlılarının hücumuna cavab olaraq əməliyyatlara başlayıb, nəticədə yəhudi dövlətində 1200 nəfər həlak olub, 250-yə yaxın adam isə əsir götürülüb. Hələ də HƏMAS tərəfindən 100-ə yaxın girov saxlanılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki