image-1backend

“İsrailin etdikləri terrordur” -Roma Papası

image-reklam_sirab_01

Vətəninfo.az Reuters istinadən xəbər verir ki, Roma Papası Fransisk bazar günü İsrail hərbçiləri tərəfindən kilsəyə sığınan iki xristian qadının öldürülməsindən acı ifadə edərkən, İsrailin Qəzzada terror taktikası tətbiq etdiyini irəli sürüb.

Həftəlik xeyir-duası zamanı Fransisk şənbə günü baş verən hadisə ilə bağlı Müqəddəs Torpaqdakı katolik orqanı olan Qüds Latın Patriarxlığının bəyanatını şərh etdi.

“Qəzzadan çox ciddi və ağrılı xəbərlər almağa davam edirəm” deyən Papa Fransisk, “Silahsız mülki insanlar bomba və atışmaların hədəfindədir”. Bu, hətta terrorçuların olmadığı, lakin ailələrin, uşaqların, xəstə və ya əlillərin, rahibələrin olduğu Müqəddəs Ailənin kilsə kompleksində baş verdi.

“Bəziləri deyəcək: “Bu, müharibədir. Bu terrorizmdir”. Bəli, bu müharibədir. Bu terrorizmdir”, – deyə o, yekunlaşdırıb.

İsrail Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, insident hələ də araşdırılır və o, hazırda Papanın bəyanatına heç bir şərh vermir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image