Vətəninfo.az xəbər verir ki, İranda hakim çevrədə “Amerika ilə danışıqların tərəfdarları üstünlük təşkil edir”
Təbii ki, bu, Tehranın Vaşinqtona inamsızlıq və bu danışıqların İsrailin növbəti hücumu üçün müqəddimə ola biləcəyindən ehtiyat etdiyi bir vaxtda baş verir.
Son həftələrdə İran prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçı ABŞ və İsraili bir-birindən fərqləndirir və İsrailin düşmən olduğunu dilə gətirərək Vaşinqtonla razılığın əldə oluna biləcəyini vurğulamaq üçün geniş media kampaniyasına başlayıblar.