image-64f048846db22backend

İsrailin müdafiə naziri Livanı hədələdi

image-reklam_sirab_01

İsrailin müdafiə naziri Yoav Qallant Livan sərhədindəki gərginliyi qiymətləndirib.
Vətəninfo.az xəbər verir ki, Yoav Qallant İsrailin hücumlarına görə Qəzzanın şimalındakı yurd-yuvalarından didərgin düşən fələstinliləri misal çəkərək, livanlıların da eyni vəziyyətlə üzləşə biləcəyini bildirib.
“Buradan Livan vətəndaşlarına müraciət edirəm. Qəzzada vətəndaşların ağ bayraqlarla sahil boyu yürüş edərək cənuba doğru hərəkət etdiyini görürəm”,-Yoav Qallant qeyd edib.
Yoav Qallant Hizbullahın Livanı mümkün müharibəyə sürükləməklə səhv etdiyini bildirib.
Yoav Qallant Hizbullahın bu cür səhvə yol verəcəyi təqdirdə Beyrutun taleyinin Qəzzanın aqibəti ilə eyni olacağını vurğulayıb.
İsrail ordusu ilə Hizbullah arasında 8 oktyabrdan bəri yaşanan qarşıdurmalarda 70 Hizbullah üzvü və 4 İsrail əsgəri həyatını itirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki