İsrailin Qəzzanın mərkəzi və şimal hissəsinə silsilə hücumları nəticəsində ən azı 38 fələstinli həlak olub, çoxlu sayda insan yaralanıb.Vətəninfo.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, işğalçı təyyarələr və artilleriya Fələstin anklavının mərkəzi hissəsindəki Deyr əl-Bələ və Qəzza şəhərlərinə kütləvi hücumlar edib. Deyr əl-Balahda yardım anbarının bombalanması nəticəsində qadın və uşaqların da olduğu ən azı 12 nəfərin öldüyü bildirilir.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin 2023-cü il oktyabrın 7-dən Qəzzada davam edən təcavüzü nəticəsində 35.800 fələstinli həlak olub, daha 80.200 nəfər yaralanıb, 7000-dən çox mülki şəxs isə hələ də itkin düşüb.
İsrailin hərəkətləri Qəzza zolağı boyunca 2 milyona yaxın insanın məcburi köçkünə çevrilməsinə səbəb olub, onların böyük əksəriyyəti Misir sərhədi yaxınlığında, əhalinin sıx məskunlaşdığı cənubdakı Rəfah şəhərinə köçüb.