İsrail ordusunun Qəzza zolağında gecə saatlarında həyata keçirdiyi hücumlarda aralarında qadın və uşaqların da olduğu azı 24 fələstinli ölüb, onlarla insan yaralanıb. Vətəninfo.az-ın məlumatına görə , bu barədə Fələstinin rəsmi WAFA xəbər agentliyi məlumat yayıb. İsrail ordusu gecə boyu Qəzzanın müxtəlif bölgələrini minaatan və artilleriya bombardmanlarına məruz qoyub. Fələstin Qızıl Aypara Cəmiyyətinin təcili yardım maşınları Təl Əl-Havadan 6 qurbanın cəsədini çıxarıb.