image-reklam-veteninfo
image-1backend

İsrailin Qəzza zolağına hücumu nəticəsində 60 fələstinli həlak olub

image-reklam-veteninfo

İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 60 fələstinli ölüb, 150-dən çoxu yaralanıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Qətərin Əl-Cəzirə telekanalı Fələstin anklavının Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı artmaqda davam edir, belə ki, İsrail Müdafiə Qüvvələri anklavın mərkəzi hissəsinə, eləcə də raket zərbələri nəticəsində çoxsaylı evlər və infrastruktur dağıdılan Rəfah və Xan Yunis şəhərlərinə zərbələr endirməkdə davam edir.

Qəzza zolağının Səhiyyə Nazirliyi də son 24 saat ərzində bölgədəki xəstəxana və klinikalara 152 yaralının köçürüldüyünü bildirib. Agentlik qeyd edir ki, dağıntılar altında və küçələrdə hələ də çoxlu qurbanlar var, onlara təcili yardım maşınları və mülki müdafiə əməkdaşları çata bilmir.

Həkimlərin məlumatına görə, 2023-cü il oktyabrın 7-də münaqişənin qızışmasından bu yana İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin ümumi sayı 51 355 nəfərə çatıb. Ən azı 117 248 nəfər xəsarət alıb. İsrailin atəşkəsdən sonra anklavda hərbi əməliyyatları bərpa etdiyi 2025-ci il martın 18-dən bu yana ölənlərin sayı 1978-ə çatıb, 5200-dən çox insan yaralanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki